Xəbər lenti

İnterpol Nevzorov və başqalarının Rusiyaya ekstradisiyasından imtina etdi
Dünya06:01 06.12.2022

İnterpol Nevzorov və başqalarının Rusiyaya ekstradisiyasından imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İnterpol Rusiya ordusu haqqında "feyklər” maddəsi ilə (Cinayət Məcəlləsinin 207.3-cü maddəsi) təqib olunan jurnalistlər Aleksandr Nevzorov, Aleksandr Soldatov, keçmiş polis zabiti Oleq Kaşintsev və bloger Veronika Belotserkovsayanı Rusiyaya ekstradisiya etməkdən imtina edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Agentura” nəşri tərəfindən dərc edilmiş Rusiya Federasiyası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun məktublarında deyilir.
Rusiya onların ekstradisiyasını tələb edib, lakin İnterpolun əməliyyat qrupunun məktubunda bildirilir ki, təşkilat rusiyalıların mühakimə olunduğu maddənin özünü siyasi motivli hesab edir. 
O da qeyd olunur ki, Rusiya hakimiyyətinin məlumatına görə, təqib olunanların yerləşdiyi ölkələrin (Finlandiya, İsveçrə, Monteneqro, Fransa və Niderland) cinayət qanunvericiliyində oxşar maddə yoxdur.
Nizami Bağırov