Xəbər lenti

İntiqam Əliyevin vəkilinin vəsatəti təmin edilmədi
Siyasət10:24 06.07.2015

İntiqam Əliyevin vəkilinin vəsatəti təmin edilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə Hüquqi Maarifləndirmə Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin şikayəti üzrə ilkin iclas keçirilib.

Məhkəmə zalında İ.Əliyev şüşə kamerada (“akvarium”) əyləşdirilib. Vəkil Cavad Cavadov İ.Əliyevin öz yanında oturması barədə vəsatət qaldırıb.

Sonra o, məhkəmənin audio və videoyazısının aparılması, həmçinin tam məhkəmə istintaqı aparılmaqla apellyasiya şikayətinə baxılması barədə vəsatət qaldırıb. 

C.Cavadov məhkəmədən xahiş edib ki, Varşava Universitetinin professorunun xəttin yoxlanması üzrə apardığı ekspertizanın rəyinin işə daxil edilsin. Ekspertiza müəyyən edib ki, Hüquqi Maarifləndirmə Cəmiyyətinin hesabından pulların çıxarılması barədə banka təqdim  olunan imzalar İ.Əliyevə məxsus deyil.Vəkil bu sənədin araşdırılmasını xahiş edib.

Hakim İ.Əliyevə söz verərkən hüquq müdafiəçisi pis eşitdiyini deyib və vəkili ilə yanaşı oturmaq istədiyini bildirib.

Lakin prokuror Seyhun Azadıliyev etiraz edərək bildirib ki, müttəhimlərin bu cür əyləşdirilməsi Ədliyyə Nazirliyinin qaydalarına əsasən müəyyən edilib. Hakim isə əlavə edib ki, müttəhimin yeri “Avropa standartlarına uyğun təchiz edilib”. O, vəsatəti təmin etməyib.

Həmçinin hakim bildirib ki, prosesin audio və videoyazısının aparılmasına gərək yoxdur, çünkü iclasların protokolları qeyd olunur.

Prokuror həbs qətimkan tədbirinin ev həbsilə dəyişdirilməsi barədə vəsatətin əleyhinə olub.

Növbəti dəfə vəkil C.Cavadov İ.Əliyevlə məsləhətləşmək istədiyini bildirəndə məhkəmə nəzarətçiləri buna imkan verməyiblər və onun əlini tutmaq istəyiblər. Bu, Cavadovun və Əliyevin etirazına səbəb olub.

Hətta hakimin mane olmamaq çağırışından sonra belə  nəzarətçilərdən biri şüşə kameraya daxil olub ki, bu da müttəhimin vəkili ilə məxfi ünsiyyət hüququnun pozulması kimi qiymətləndirilib.

Sonra məhkəmə məşvərətə gedib. Hakim Abbasov bildirib ki, müdafiə tərəfinin bütün vəsatətləri rədd edilir, şikayətə baxılması isə iyulun 21-də təyin olunur. (contact.az)

Qaynar.info