Xəbər lenti

Şinzo Abenin qətli ilə bağlı yeni təfərrüatlar ortaya çıxdı - Kilsə...
Dünya06:39 12.07.2022

Şinzo Abenin qətli ilə bağlı yeni təfərrüatlar ortaya çıxdı - Kilsə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin qatilinin anasının Birləşmə Kilsəsinin üzvü olduğu üzə çıxıb.
Qaynarinfo Rosbalt-a istinadən yazır ki, qatil məhz bu dini təşkilat onun "həyatını məhv etməkdə” ittiham edib.
Tetsuya Yamaqaminin sözlərinə görə, sui-qəsdin hədəfi anasının girdiyi və böyük ianə verdiyi təşkilat olub. O, Abeni bu təşkilatla əlaqəli hesab edib.
O da məlum olub ki, şübhəli şəxs ötən ilin payızından siyasətçiyə sui-qəsd planlaşdırırmış. O, hadisə yerinə Abe gəlməmişdən təxminən saat yarım əvvəl gəlib, özü ilə evdə hazırlanmış odlu silahlar gətirib. Əvvəllər Yamaqami dağlarda o silahlardan bir neçə dəfə atəş açmağı öyrənib. Kyodo agentliyi xəbər verir ki, o, keçmiş baş nazirə 7 və 5 metr məsafədən iki güllə atıb.
Xatırladaq ki, Yaponiyanın keçmiş baş naziri iyulun 8-də qətlə yetirilib.
Rusiya Milli Mühafizəçilər Assosiasiyasının (NAST) prezidenti Dmitri Fonarev əmindir ki, Yaponiyanın keçmiş baş nazirinin mühafizəçiləri sui-qəsdi əvvəlcədən görə bilərdilər, lakin "kobud səhvə” yol veriblər.
Qeyd edək ki, Şinzo Abenin dəfn mərasimi bu gün keçiriləcək. Mərasimin Tokiodakı Buddist məbədində özəl və gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilməsi planlaşdırılır.
Bu barədə BBC yazıb.
Dünən isə ailəsi və dostları müharibədən sonra Yaponiyanın baş naziri kimi ən uzun müddət vəzifəsini icra edən Abe üçün anım mərasimi keçirib.
Dünənki mərasimdə Yaponiyanın hazırkı baş naziri Fumiyo Kişida və ABŞ-ın maliyyə naziri Canet Yellen də daxil olmaqla 25 min nəfər iştirak edib.
Qeyd edilir ki, Abenin seçki kampaniyasında çıxış edərkən öldürülməsi ölkəni şoka salıb, çünki Yaponiyada siyasi zorakılıq və silahlı cinayətlər nadir hallarda baş verir.
Alpər