Xəbər lenti

İordaniya kralı İran PUA-larının ölkəsinə hücumundan danışdı
Dünya08:41 26.07.2021

İordaniya kralı İran PUA-larının ölkəsinə hücumundan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İordaniya Kralı II Abdullah 25 iyul bazar günü ölkəsinin bir qədər əvvəl İrana məxsus pilotsuz təyyarələrin hücumuna məruz qaldığını söyləyərək, İranın bölgədəki fəaliyyətindən xeyli narahat olduğunu deyib.
Qaynarinfo xəbər verir ki, CNN-nin müxbiri Fərid Zəkəriyyə ilə müsahibə zamanı danışan kral "İordaniya hər zaman dialoqda olub ... (amma) dünyanın bir hissəsində amerikalıların iranlılarla müzakirə edəcəkləri bir çox portfel ilə bağlı qanuni narahatlıqlar var", - deyib.
O, nüvə proqramının Fars körfəzi qədər İsrailə də təsir etdiyini və Tehran rejiminin ballistik texnologiyasının xeyli yaxşılaşdığını, İraqdakı ABŞ bazalarına və Səudiyyə Ərəbistanına Yəməndən sərhədyanı hücumların da bunun dəlili olduğunu söyləyib.
İranın yeni hökuməti tam formalaşana qədər təxirə salınan İranın Vyanada keçiriləsi nüvə danışıqlarına gəlincə, o deyib: "Mən belə hiss edirəm ki, Amerikanın mövqeyi ilə İranın mövqeyi bir-birindən bir qədər fərqlidir. İordaniya bu danışıqlarda iranlılarla bu regional problemləri müzakirə etmək və bu boşluğu doldurmaq istəyir".
Kral Abdulla hazırda ABŞ-da iki həftəlik səfərdədir və burada keçən həftə ABŞ Prezidenti Co Bayden ilə görüşüb. Prezident bu ilin əvvəlində and içdikdən sonra Ağ Evi ziyarət edən ilk Orta Şərq lideri olub. Kral ilk dəfə Baydenlə vəliəhd olanda tanış olub. O vaxt Bayden senator olub.
Alpər