Xəbər lenti

İqlim danışıqlarının davamı üçün Çin şərt irəli sürdü: “Pelosinin mənfi təsiri...”
Dünya13:10 31.08.2022

İqlim danışıqlarının davamı üçün Çin şərt irəli sürdü: “Pelosinin mənfi təsiri...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin elan edib ki, ABŞ ilə ikitərəfli iqlim dəyişikliyi danışıqlarının bərpası üçün şərt Vaşinqtonun Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinin "mənfi təsirini” aradan qaldırmasıdır.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, Pekinin xəbərdarlıqlarına baxmayaraq, avqustun əvvəlində Nensi Pelosinin Taypeyə mübahisəli səfərindən sonra Çin bəzi sahələrdə, o cümlədən iqlim dəyişikliyi ilə bağlı danışıqlar və yüksək səviyyəli hərbçilər arasında danışıqlarda ABŞ ilə ikitərəfli əməkdaşlığı dayandırıb.
ABŞ-ın İqlim Dəyişikliyi üzrə xüsusi elçisi Con Kerri bu ayın əvvəlində Çinin reaksiyasını tənqid edərək, ikitərəfli iqlim dəyişikliyi danışıqlarının dayandırılmasının bütün dünyaya ziyan vuracağını deyib.
Çərşənbə axşamı, avqustun 30-da isə o, "Financial Times" qəzetinə müsahibəsində Çin prezidenti Si Szinpindən danışıqları bərpa etməyi xahiş edib.
Hazırda Bayden administrasiyasının iqlim dəyişikliyi danışıqlarının baş diplomatı olan keçmiş ABŞ dövlət katibi, BMT-nin COP 27 iclasından əvvəl ölkələrin yenidən birləşə biləcəyinə ümid etdiyini bildirib.
Qeyd edilir ki, İqlim dəyişikliyi üzrə COP 27 sammitinin noyabr ayında Misirdə keçirilməsi planlaşdırılır.
Tayvan muxtar adasını öz ərazisinin bir hissəsi hesab edən Çin Kerrinin sözlərinə cavab olaraq bildirib ki, ABŞ-la iqlim dəyişikliyi ilə bağlı danışıqların bərpası Vaşinqtonun Pelosinin Tayvana səfərinin "mənfi təsirinə” qarşı yönəlmiş addımlarından asılıdır. 
M.Arif