Xəbər lenti

İqlim fəalları Frankfurt hava limanının işini iflic etdi
Dünya 10:34 25.07.2024

İqlim fəalları Frankfurt hava limanının işini iflic etdi

Almaniyanın Frankfurt hava limanı əraziyə girməyi bacaran iqlim fəallarının etirazına görə fəaliyyətini dayandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel" yazır.

Federal Polis təsdiq edib ki, Frankfurt hava limanı səhər saatlarında əraziyə daxil olan və uçuş-enmə zolağına öturan fəallar səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Onları toplaşma qanununu pozmaq, hava hərəkətinə təhlükəli müdaxilə və qadağan olunmuş əraziyə daxil olmaq üçün cinayət işi gözləyir.

"Hazırda polisin davam edən əməliyyatı səbəbindən heç bir reys qalxa və ya enə bilməz”, - deyə hava limanından bildirilib.

Son Nəsil Təşəbbüsü öz fəallarının uçuş-enmə zolağında fotoşəkilini dərc edib və onların tələblərinin planeti xilas etmək üçün 2030-cu ilə qədər qalıq yanacaqların istifadəsindən imtina etmək olduğunu xatırladıb.

"Hessenschau”  yazır ki, fəallar hasarda kəlbətinlə deşik açaraq əraziyə daxil olub, daha sonra velosiped və skeytbordlara minərək aksiyanın keçirildiyi əraziyə gediblər.

Çərşənbə günü səhər oxşar aksiya Köln hava limanında təşkil olunub.

Bu ayın əvvəlində iqlim fəalları məşhur "Bremen Musiqiçiləri” heykəlinə boya  atmışdılar.

İyun ayında onların britaniyalı tərəfdarları  Stounhenc daşlarına narıncı boya çiləyib, həmçinin London yaxınlığındakı hava limanında bir neçə şəxsi təyyarəni bu şəkildə boyayıblar.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->