Xəbər lenti

İqtisadçı ən sərfəli investisiya variantını açıqladı
Dünya10:19 30.10.2023

İqtisadçı ən sərfəli investisiya variantını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırkı vəziyyətdə qızıl ən sərfəli investisiya variantı ola bilər".
Qaynarinfo xəbər verir ki, bu barədə iqtisad elmləri namizədi Vladimir Qriqoryev Lenta.ru saytına müsahibəsində danışıb.
Onun sözlərinə görə, qızıla investisiyalar adətən uzunmüddətli, lakin yüksək gəlirli olur. Qriqoryev izah edib ki, Rusiya və beynəlxalq bazarlarda qızılın qiymətinin qalxması siyasi münaqişələr səbəbindən güclənən iqtisadi qeyri-sabitlik fonunda davam edəcək.
"Qızıl qoruyucu aktiv kimi xidmət edir. Bir qayda olaraq, investorlar qızıl bahalaşmağa başlayanda ona axın edirlər, ancaq onu vaxtında alsanız, əmanətlərinizi artıra bilərsiniz”, - iqtisadçı qeyd edib. Eyni zamanda, o, qızıla ağıllı şəkildə investisiya qoymağı və əmanətlərin bir hissəsini nağd şəkildə saxlamağı tövsiyə edib. Qriqoryev həmçinin əlavə edib ki, qızıla sərmayə qoymaq qərarını təxirə salmaq olmaz.
Oktyabrın 5-dən Nyu York əmtəə birjasında qızılın qiyməti Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda 9%-dən çox artaraq 1 troya unsiyası üçün 2000 dolları ötüb.
Alpər