İqtisadi böhran İranın tibb sektorunun çöküşünə səbəb ola bilər.
Qaynarinfo İran mediasına istinadən xəbər verir ki, ölkənin tibb sahəsində fəaliyyət göstərənlər artıq təbabətə qayıdış barədə çağırı ediblər.
"Etimad” qəzeti həkim və tibb mütəxəssislərinə istinadən yazır ki, mövcud vəziyyətin səbəbi maliyyı çatışmazlığı ilə bağlıdır. Cərrahiyyə əməliyyatları üçün lazım olan tibbi avadanlıqlar köhnəlib. Yenisi almaq üçün xəstəxanaların maliyyə vəsaiti yoxdur. Bu isə cərrahiyyə əməliyyatlarının aparılmasını çətinləşdirir.
Ümumi cərrah Əli Mir deyib ki, hazırda İranda bir çox cərrahiyyə əməliyyatları çox çətinlkiklə həyata keçirilir. O, bunu xəstəxanaların müasir tibbi avadanlıqlarla təmin edilməməsi ilə izah edib.
Əli Mir qeyd edib ki, avadanlıqlarının qiymətinin davamlı şəkildə artması, xəstəxanaların infrastrukturunun yenilənməsi üçün maliyyə çatışmazlığının yaranması müalicə və cərrahiyyə əməliyyatlarının keyfiyyətinə ciddi şəkildə təsir edib.
"Məsələn qarın divarını yarmaq və qarın boşluğuna daxil olmaq üçün istifadə edilən cərrahi qurğuların qiyməti 10 milyonlarla tümənə başa gəlir. İranda fəaliyyət göstərən xəstəxanalar isə bu məbləği ödəmək iqtidarında deyillər. Ona görə də həkimlər köhnə üsullarla müalicə və cərrahiyyə əməliyyatına üstünlük verirlər ki, bu da infeksiya riskini artırır”, deyə iranlı cərrah bildirib.
Seyid