İranda uranın zənginləşdirilməsi ilə məşğul olan zavod işə başlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, zavod İranın ali rəhbəri Seyid Əli Xameneinin göstərişi ilə işə başlayıb. 9 il sonra İsfahan şəhərində "Uran-6-Florid"in hasilatına başlanılıb.
Qeyd edək ki, ötən dövrlərdə ABŞ İranla imzalanmış nüvə razılaşmasından imtina etdi və sanksiyalar barədə qərar qəbul etdi. İran bu addımdan sonra uranın zənginləşdirilməsinə yenidən başlayacağını açıqlamışdı.
Gülşən