“Suriya məsələsində ABŞ-ın yayında olacaq ölkələrin ciddi təhlükəsizlik böhranı olacaq”
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Əli Cəfəri Suriyaya gözlənilən hərbi müdaxilə zamanı ABŞ-a kömək edən ölkələrə xəbərdarlıq edib. Ans Press-in Türkiyə mediasına istinadən məlumatına görə, iranlı general Suriya məsələsində ABŞ-ın yayında olacaq ölkələrin ciddi təhlükəsizlik böhranı ilə qarşılaşacağını deyib.
Əli Cəfəri ad çəkməsə də, bu təhdidin əsasən Türkiyənin ünvanına deyildiyi məlumdur. Çünki Suriya məsələsində ABŞ-a dəstək verən İsrailin ciddi təhlükəsizlik problemi yoxdur. İsrail-Fələstin münaqişəsi fonunda bu ölkə təhlükəsizliyini ən yüksək səviyyədə təmin edə bilib. Türkiyənin isə İsraillə müqayisədə təhlükəsizlik sarıdan ciddi problemləri var.
Qaynar.info