Xəbər lenti

İran: "ABŞ-da siyasi ağıl yox olub"
Dünya09:37 04.01.2019

İran: "ABŞ-da siyasi ağıl yox olub"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandir köməkçisi Hüseyn Salami ABŞ-ı hədəf alan açıqlamalar verib.
Qaynarinfo xəbər verir ki, Fars əyalətində Müqəddəs Müdafiə Dövrü Şəhidləri Mərasimində danışan Salami ABŞ-da siyasi ağlın zəiflədiyini deyib:
"ABŞ-da siyasi ağıl yox olub, İrana qarşı təhlükələr təsirsizdir. Bu ölkə psixoloji və iqtisadi müharibədə İrana uduzur".
Qeyd edək ki, ABŞ dövlət katibi Payk Pompeo yazılı açıqlama verərək İranın növbəti aylarda göndərməyi planlaşdırdığı 3 kosmik vasitənin qitələrarası raket texnologiyası ilə eyni olduğunu bildirib və bu ölkəni daha güclü sanksiyalarla hədələyib. 
Gülşən