
İranın 20 faiz zənginləşdirilmiş uranın istehsalını dayandırdığı bildirilib.
Qaynar.info xəbər verir ki, bununla bağlı İran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Hüseyin Nakavi Hüseyni bildirib.
İran Məclisinin rəsmi saytı İCANA-ya açıqlama verən Nakavi bildirib ki, Tehrandakı nüvə bazasında lazım olan qədər zənginləşdirilmiş uran var və artır uran zənginləşdirməyə də ehtiyac qalmayıb.
İranın yeni prezidenti Həsən Ruhani ilə yeni müzakirələr aparan ABŞ İranın xarici ölkələrdə dondurulmuş pullarını Konqresin dirənişinə rəğmən azad etmək niyyətindədir. Prezident Obamanın buna görə İrana ildə 50-75 milyard dollarlıq neft sata biləcəyi ilə bağlı icazə verdiyi bildirilib.
Qaynar.info