Xəbər lenti

İran ABŞ-ı təyyarə qəzasının səbəblərini araşdırmağa çağırdı
Dünya06:02 10.01.2020

İran ABŞ-ı təyyarə qəzasının səbəblərini araşdırmağa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurasını Ukraynanın "Boeing 737" təyarəsinin qəza səbəbləri ilə əlaqədar istintaqda iştirak etməyə dəvət edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın BMT-nin Beynəlxalq Mülki aviasiya Təşkilatındakı nümayəndəsi Fərhad Parvareş məlumat verib. O, ABŞ nümayəndəsinin tətqiqatda iştirakına razı olduqlarını bildirib.
ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası isə bu barədə açıqlama verməsə də, yaxın mənbə qurumun prosesdə iştirak etməyə razı olduğunu təsdiqləyib. Həmçinin bildirib ki, sözügedən nümayəndənin sanksiyalar şəraitində necə işləyəcəyi isə hələ məlum deyil.
Qeyd edək ki, yanvarın 8-də Ukrayna Hava Yollarına aid sərnişin təyyarəsi Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 176 nəfərin hamısı həyatını itirib. İran qəzanın texniki problemlər səbəbindən baş verdiyini deyir. ABŞ mətbuatı isə təyyarənin zenit raketi ilə təsadüfən vurulduğu barədə məlumat yayıb.
Camal