Xəbər lenti

İran aerokosmik aliminin səbəbi məlum olmayan şübhəli ölümü (FOTO)
Dünya13:49 04.06.2022

İran aerokosmik aliminin səbəbi məlum olmayan şübhəli ölümü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail KİV iyunun 4-də 5 gün qabaq dünyasını dəyişmiş İran mühəndisinin ölümü ilə bağlı xəbərlərdə dolayısı ilə bu hadisəni əvvəlki analoji hadisələrələ əlaqləndirib və bu ölümü İranda nüvə proqramı, raket və pilotsuz uçan aparatların fəaliyyətinin genişləndirilməsi ilə bağlı hərbi elitanın fiziki məhvi kimi şərh edib.
Qaynarinfo bu barədə "Azad Avropa”nın fars bölümünə istinadən xəbər verir.
İranın sosial şəbəkələrində isə ölən şəxsin aerokosmik mütəxəssislərdən biri Dr. Əyyub İntizari olduğunu yazıb və bildirilib ki, o, Şərif Texnologiya Universitetinin aerokosmik mühəndislik fakültəsinin tələbəsi olub. İntizari 2016 -ci il doktorluq dərəcəsi alıb.
Əlavə olaraq qeyd edilir ki, o, aerokosmik sahədə bir neçə böyük layihəyə cavabdeh olub və onun ölümünün səbəbi sirr kimi saxlanılıb və zəhərlənmədən öldüyü bildirilib.
İsrail xəbər saytı "y.Net"in  bu şəxsin aradan qaldırılması haqqında yazdığı xəbərə görə, qətli törədən məlum deyil, lakin ölüm səbəbinin son günlərdə İsrail tərəfindən İranın nüvə, dron və eləcə də raket mərkəzlərinə və həmçinin bu sənaye sahələrində çalışan hərbiçi və mütəxəsislərə qarşı edilən hücumlarla əlaqəli olduğunu istisna etməyib.
İranın rəsmi elitası isə son ölüm hadisələrinin səbəbinə dair hələlik rəsmi reaksiya verməyib.
M.Arif