Xəbər lenti

İran Aİ-nin nüvə sazişinin bərpası ilə bağlı təkliflərə cavab göndərdi
Dünya 14:56 16.08.2022

İran Aİ-nin nüvə sazişinin bərpası ilə bağlı təkliflərə cavab göndərdi

İran hakimiyyəti Avropa İttifaqına (Aİ) nüvə sazişinin bərpası ilə bağlı təkliflərə cavab göndərib.

Bu barədə Qaynarinfo "Əl-Cəzirə”yə istinadən xəbər verir.

Cavabın məzmunu məlum deyil.

Cavabın avqustun əvvəlində vasitəçilərə Birgə hərtərəfli fəaliyyət planının (JCPOA) bərpasına dair saziş layihəsini təqdim edən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Cosep Borrellə çatdırıldığı deyilir.

Tehranın iki gün ərzində Brüsseldən cavab gözlədiyi bildirilir.

Bundan əvvəl İranın nüvə agentliyinin rəhbəri Məhəmməd İslami nüvə silahı yaratmaq üçün texniki imkanlara malik olduqlarını bildirmişdi.

Eyni zamanda o, belə bir vəzifənin gündəmdə olmadığını diqqətə çatdırıb. Rəsmi həmçinin əlavə edib ki, İran ilə "fasiləsiz fəaliyyət göstərən” MAQATE arasında konstruktiv əməkdaşlıq qurulub. Yeri gəlmişkən, İranın nüvə potensialının nədən ibarət olduğu hələlik məlum deyil.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->