Xəbər lenti

İran ballistik raketləri sınaqdan keçirdi
Dünya05:56 11.03.2016

İran ballistik raketləri sınaqdan keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 İslam İnqilabı Keşikçiləri Korpusu ballistik raketlərin uğurla sınaqdan keçirildiyini bəyan edib. 
APA-nın “Sepahnews”a istinadən verdiyi xəbərə görə, ballistik raketlərin buraxılışı hərbi təlimlər çərçivəsində həyata keçirilib.
İran Silahlı Qüvvələri son iki gün ərzində yerli istehsallı ballistik raketlərin test buraxılışını həyata keçirib.  
İslam İnqilabı Keşikçiləri Korpusundan sınaqların uğurlu və plan üzrə keçdiyi bildirilib.  
İran hakimiyyəti bəyan edib ki, ballistik raketlərin  sınaqdan keçirilməsi əldə olunmuş nüvə sazişinə zidd deyil.  
Qaynar.info