İran hökuməti yalnışlıqla vurduğu Ukraynanın "Boieng” təyyarəsində ölənlərin ailələrinə təzminat ödəyəcək.
Qaynarinfo xəbər verir ki, qurban ailələrinin hər biri 150 min dollar alacaqlar.
İranın YJC agentliyinin xəbərinə görə, təzminat 150 min dollar və ya onun avro ekvivalentiylə ödəniləcək. Təzminat hər bir qurbanın ailəsinə və yaxınlarına ödəniləcək.
Xatırladaq ki, sentyabr ayında İran hökuməti Ukrayna Beynəlxalq Hava Yollarının Boeing-737 təyyarəsi qəzası qurbanlarının yaxınlarına təzminat ödəmək təklifini geri götürdüyü bildirilmişdi.
Təyyarə 2020-ci il yanvarın əvvəllərində Tehran bölgəsində yerləşən İran hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub. Daha sonra Kiyev İranın vurulan təyyarə üçün pul ödəməkdən imtina etməsindən şikayət etmişdi.
Alpər