İranın Cənubi Qafqazda siyasi-iqtisadi alanda nüfuz dairəsini genişləndirdiyi müşahidə olunur. Proses İran və Türkmənistanın enerji resursları, neft və qazının Rusiya yanacağına alternativ mənbə qismində Avropaya çatdırılması məqsədi daşıya bilər. Bu baxımdan İran üçün Cənubi Qafqaza əsasən də Ermənistan və Gürcüstana tranzit zona kimi baxması təsadüfü deyil.
Təsadüfi deyil ki, bu ərəfədə Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Elə həmin gün Ermənistan və Gürcüstan baş nazirləri arasında da telefon danışığının olduğu üzə çıxıb.
Həm İran Prezidenti, həm də Gürcüstanın baş naziri ilə rəsmi telefon danışıqlarında qarşılıqlı səfərlərə hazırlıq işləri müzakirə olunub. Danışıqlarda birinci şəxslərin konkret atılacaq addımları da müzakirə mövzusu olub.
Paşinyanın İranla danışıqlarda regional və beynəlxalq hadisələr kontekstində kifayət qədər diqqət çəkəcək mövqe nümayiş etdirəcəyinə Qərbin necə reaksiya verəcəyini təssəvür etmək çox da çətin deyil. Qərbin Rusiya ilə sərt qarşıdurmasının davam etdiyi, sanksiyalar, eləcə də geoiqtisadi və logistik islahatlar dövründə Qafqazda Ermənistan, Gürcüstan və İran üçün ümumi maraq kəsb edə biləcək amillər getdikcə daha həssas xarakter alır. Üç ölkənin ən azı iki əsas marağı var: Regionda qüvvələr balansını təmin etmək üçün əlindən gələni etmək və bütün beynalxalq komunikasiyaların məsələsində maraqları çərçvəsində yer almaqdır. Təbii ki, bu amillər və fundamental maraqlara üç ölkə üçün eyni olmayan siyasi şərait təsir edir. Üstəlik, İranın siyasi "çəki kateqoriyası”nın Ermənistan və Gürcüstandan qat-qat yüksək olduğuna şübhə yoxdur. Bununla belə, vəziyyət "birləşmiş” yanaşma tələb edir, bu mənada İrəvan burada "siyasi körpü” ola bilər. Bu da həm İranın, həm də Gürcüstanın siyasi potensialını çatdırmağa imkan verəcək. Bütün bunların fonunda hər iki ölkə ondan maksimum yararlanmaq üçün birgə əməkdaşlıq səylərini genişləndirməkdə davam etməkdədirlər.
Telman