Xəbər lenti

İran-Əfqanıstan sərhədində atışma
Dünya17:14 31.07.2022

İran-Əfqanıstan sərhədində atışma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Sistan və Bəlucistan əyalətinin şimalında yerləşən Xirmand (Hilmənd) rayonunun qubernatoru Meysəm Barazəndə rayonun sərhədində İran sərhədçiləri ilə Taliban qüvvələri arasında qarşıdurma olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, Barazəndə bu barərə İRNA-ya müsahibəsində bildirib.
"İran İslam Respublikasının sərhəd qüvvələri ilə Taliban qüvvələri arasında toqquşma İranın cənub-şərqində Sistanın Xirmand rayonunun Şaqalak rayonunda və Bəlucistan əyalətində başlayıb", qubernator bildirib.
Onun sözlərinə görə, İran sərhədçiləri və "Taliban” qüvvələri arasında baş vermiş atışmada ölən və yaralanan olmayıb.
Meysəm Bərazəndə atışmaya görə "Taliban”ı ittiham edib.