"İrandakı etirazlara dəstək verən ölkələrə sərt şəkildə qarşılıq veriləcək".
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran prezidentinin köməkçisi İshaq Cahangiri deyib. O, ABŞ-ın sanksiyalar yolu ilə İranı diz çökdürə bilmədiyini ifadə edib.
"Həll yollarını dəyişdirdilər və bölgədəki bəzi ölkələri öz yanlarına çəkərək, yersiz müdaxilələrlə İrana təzyiq göstərməyə çalışdılar. Bəzi region ölkələri bilməlidirlər ki, İranda xaosun yaranmasında iştirak etdiklərinə görə, bölgədə yaxşı gün görməyəcəklər. İranın daxili işlərinə müdaxilə etdikləri bəlli olsa, şübhəsiz ən sərt şəkildə qarşılıq görəcəklər", - deyə Cahangiri bildirib.