Xəbər lenti

İran fabrikinin gəliri ABŞ və İsrail bayrağı istehsalına görə artdı: etirazçılar alıb, yandırır
Dünya09:45 30.01.2020

İran fabrikinin gəliri ABŞ və İsrail bayrağı istehsalına görə artdı: etirazçılar alıb, yandırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın bayraq istehsalı ilə məşğul olan fabrikində ticarət gəlirləri ABŞ və İsrail bayraqlarının istehsalına görə bir neçə dəfə artıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb etirazçıların həmin bayraqları alıb yandırmalarıdır. Məlumata görə, Xumeyni qəsəbəsində yerləşən fabrikdə istehsalın ən yüksək olduğu aylarda 2000-ə yaxın ABŞ və İsrail bayrağı hazırlanır. İldə isə 1,5 milyon kv. metrdən artıq bayraq istehsal olunur.
"Amerika və İsrail xalqı ilə problemimiz yoxdur. Rəhbərləri ilə problemimiz var. Prezidentləri ilə, yrütdükləri siyasətlə bağlı problemimiz var. Amerika və İsrail xalqı bunu yaxşı bilir. Əgər insanlar bu ölkələrin bayraqlarını mitinqlərdə yandırırlarsa, bu sadəcə etiraz nümayişidir", - deyə fabrikin sahibi Qasım Qanjani deyib.
Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ və İsrail bayraqlarının yandırılması hadisələri artıb.
Camal