Xəbər lenti

İran gəncləri Əhmədinejaddan sonra - FOTOLAR
Dünya 18:15 17.01.2014

İran gəncləri Əhmədinejaddan sonra - FOTOLAR

İranda bir neçə dəfə ilin fotoqrafçısı seçilən Hüseyn Fateminin "Bir İran səfəri" adlı işindəki fotolar gənc iranlıların ictimai həyatla özəl həyat arasında nə qədər fərqli yaşadıqlarını ortaya qoyub.

İran xalqı İslam inqilabından sonra ciddi təzyiqlər altında yaşayırdı. Ancaq Əhmədinejaddan sonra prezident seçilən Həsən Ruhaninin şəxsi azadlıqlara daha çox önəm verdiyi və bununla bağlı islahatlar apardığı məlumdur.

Ruhaninin bu islahatları da İran cəmiyyətinə ciddi təsir edib. Artıq iranlı qadınların geyimlərində açıq-aşkar bir dəyişiklik olub. Yəni onlar daha açıq və daha sərbəst geyinir.

Qaynar.info
Fateminin "Bir İran səfəri" adlı işinin fotolarını təqdim edir.

Tehrandakı evdə bir qadın namaz qıldığı halda, rəfiqəsi siqaret çəkərək televizora baxır.

Şiraz şəhərindəki iranlı gənclər kamança kursu məşqi keçirlər.

Siyavuş adlı tatu ustası. İranda tatu qadağan olmasa da, bunu etdirənlərə pis baxırlar.

Hürrəmabad şəhərində Aşura mərasiminə gedən qadınlar .

Qadağan edilməsinə baxmayaraq bilyard oynayan qadınlar. İrandakı bilyard salonlarına qadınların girməsinə icazə verilmir.

Tehrandakı gizli rok qrupu. Rok İranda rəsmən qadağandır.

Tehranda qadın alt paltarı satılan mağazadakı qadınlar.

Tehrandakı gözəllik salonlarındakı qadınlar. İranda kişilərin qadın gözəllik salonlarına girmələri qadağandır.

İranda qohum olmayan qadın və kişilərin birlikdə əylənməsi qadağan olsa da, evlərin birindəki əyləncə məclisi.


21 nəfəri qaçırıb öldürməkdə ittiham olunan Məhəmməd Biceh adlı iranlı Pakdeşt şəhərində qaldırıcı krandan asılır. "Çöl vampiri" ləqəbli Biceh edamdan əvvəl 100 dəfə şallaqlanmışdı. 

Evlərin birində əylənən gənclər.

Nəsim adlı gəlinin toyu. İran qanunlarına görə, toylarda qadın və kişilərin bir yerdə olması qadağandır. Ancaq əksər insan bu qadağalara məhəl qoymur.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->