İran dünən ölkə tarixinin ən böyük kiberhücumuna məruz qalıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın nəqliyyat və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri məlumat verib. O, haker hücumlarının bu gün də davam etdiyini bildirib:
"İnterneti tamamilə söndürməyə yönəlmiş böyük bir kiberhücumla qarşı-qarşıyayıq və bunun səbəblərini müəyyənləşdirməyə çalışırıq. Düşmən İran İslam İnqilabı qələbəsinin 41-ci ildönümündə interneti kəsmək istəyir".
Hücumlara görə ABŞ-ı ittiham edən nazir bunun ötən gün keçirilən parlament seçkilərinə təsir göstərmək məqsədilə gerçəkləşdirilən planın bir hissəsi olduğunu deyib.
Camal