İran həftələrdir Fələstin yaraqlılarına HƏMAS-ın İsrailə hücumu planlaşdırmasına kömək edib. Son razılıq ötən bazar ertəsi Beyrutda verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” İran tərəfindən dəstəklənən HƏMAS və Hizbullah silahlı qruplaşmasının yüksək vəzifəli üzvlərinə istinadən məlumat
yayıb.
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri avqust ayından HƏMAS ilə birlikdə hava, quru və dəniz hücumlarını planlarşdırmaq üçün işləyiblər. Bu, 1973-cü il Yom Kippur müharibəsindən sonra İsrailin sərhədlərinin ən əhəmiyyətli pozulmasıdır".
Əməliyyatın təfərrüatları Beyrutda SEPAH zabitlərinin və İranın dəstəklədiyi dörd silahlı qruplaşmanın, o cümlədən Qəzzada hakimiyyəti əlində saxlayan Həmas və Livanda şiə silahlı qruplaşması və siyasi fraksiya olan Hizbullahın nümayəndələrinin iştirak etdiyi bir neçə görüşdə dəqiqləşdirilib.
Nizami Bağırov