Xəbər lenti

İran Hərbi Dəniz Qüvvələri yeni qanadlı raketlərlə təhciz edildi
Dünya14:33 24.12.2023

İran Hərbi Dəniz Qüvvələri yeni qanadlı raketlərlə təhciz edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran Hərbi Dəniz Qüvvələri öz arsenalını "Talaie" və "Nasir" qanadlı raketləri, həmçinin yeni helikopter sistemləri ilə gücləndirib.
Qaynarinfo "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani bildirib.
O qeyd edib ki, min kilometrdən çox mənzilli "Talaie” raket sistemi bütün uçuş boyu yeni hədəfləri müəyyən etməyə qadirdir. "Nasir” dəniz qanadlı raketi 100 km-dən çox məsafədə yerləşən hədəfi vurmaq gücündədir.
Bundan əvvəl İranın hipersəs ballistik raketlərinin yeni nəslini hazırlayacağı məlum olub. Sentyabrın 3-də İran Hərbi Dəniz Qüvvələrinin baş komandanı kontr-admiral Şəhram İrani bəyan edib ki, tezliklə Hərbi Dəniz Qüvvələrinə qoşulacaq "Dəmavənd 2” esminesi hipersəs raketləri ilə təchiz olunacaq.
Aydın