Xəbər lenti

İran hökuməti Baydenin bölgəyə səfərindən narahatdır
Dünya09:38 12.07.2022

İran hökuməti Baydenin bölgəyə səfərindən narahatdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Co Baydenin iyulun 13-də regiona İsraildən başlayacaq səfəri ərəfəsində İran hökumət rəsmiləri bu səfərlə bağlı narahatlıqlarını ifadə etməkdən çəkinməyiblər.
Qaynarinfo bu barədə BBC-nin fars bölməsinə istinadən xəbər verir.
"Bu hərəkətlər sadəcə söz və razılaşma deyil, həm də Amerikanın İsraili bölgəyə rəsmi şəkildə qaytarması cəhdidir", - İslam Respublikasının Kəşfiyyat Naziri İsmayıl Xətib deyib.
Eyni səfərin planına reaksiya olaraq İran Xarici İşlər Nazirliyi də bildirib ki, ABŞ və İsrailin ərəb ölkələri ilə ortaq müdafiə paktı qurmaq planları "regional gərginliyin artmasına səbəb olacaq”.
İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi orqanı "Sobh Sadeq" iyulun 11-də Co Baydenin regiona səfəri başlıqlı məqaləsində İran hökumətindəki başqa bir narahatlıqdan xəbər verir. Həmin məqalədə deyilir: "Əgər Səudiyyə Ərəbistanı regional qütb və Ərəb və İslam dünyasının rəhbərliyinə iddialı olaraq İsrail ilə sülh karvanına qoşularsa, geosiyasət və regional bərabərliklər əsaslı transformasiyaya uğrayacaq”.
Qeyd edilir ki, ötən günlərdə İranın müxtəlif hərbi rəsmiləri ABŞ-ın, İranın mümkün hücumlarına qarşı Fars körfəzindəki ərəb ölkələrinin hava hücumundan müdafiə sistemlərini birləşdirmə planına qarşı sərt xəbərdarlıq etmişdilər.
Aydın