Xəbər lenti

İran hökuməti öz səfiri üçün İrəvanda ev alır
Dünya07:52 28.07.2022

İran hökuməti öz səfiri üçün İrəvanda ev alır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran hökuməti öz səfirinin iqamətgahı üçün İrəvanda ev alacaq. Hökumətin iclasında alqı-satqıya icazə verən qərar qəbul edilib.
Qaynarinfo xəbər verir ki, bu haqda Sputnik Ermənistanın məlumatında deyilir.
Bundan əvvəl İran səfirliyi Avan rayonunda, Tsarav Ağbyur küçəsində ev almaq üçün icazə istəyi ilə Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edib. Müraciətdə qeyd olunub ki, bu, səfirliyin iqamətgahı kimi almaq istədiyi yeganə evdir.
Qeyd edək ki, İrəvanda bir sıra digər xarici səfirlərin iqamətgahı da həmin küçədə yerləşir.
Alpər