İran Xarici İşlər Nazirliyi bildirib ki, İsrail Qəzza zolağına aviazərbələri dayandırarsa, HƏMAS potensial olaraq saxladığı 200-ə yaxın girovu azad etməyə hazırdır. Terror qruplaşması belə bir təkliflə çıxış etdiyini etiraf etməyib.
Qaynarinfo xəbər verir ki, "The Times of Israel” qəzeti İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənaaninin Tehranda keçirdiyi mətbuat konfransına istinadən məlumat
yayıb.
Kənaninin sözlərinə görə, HƏMAS nümayəndələri "müqavimət qrupları tərəfindən saxlanılan vətəndaşları və mülki şəxsləri azad etmək üçün lazımi tədbirləri görməyə hazır olduqlarını bəyan ediblər, lakin onların fikrincə, bu cür tədbirlər hazırlıq tələb edir, lakin sionistlərin Qəzzanın müxtəlif rayonlarını gündəlik bombalaması bunu mümkünsüz edir".
HƏMAS keçmişdə əldə edilmiş birtərəfli mübadilə razılaşmaları çərçivəsində İsrailin saxladığı minlərlə fələstinli ilə əsir dəyişdirəcəyini bildirib.
"Biz müqavimətdən eşitdik ki, müqaviməti davam etdirməkdə heç bir problem yoxdur", dseyə Kənaani HƏMAS-aa müraciət edərək bildirib.
"Onlar uzun müddət quruda müqaviməti davam etdirmək üçün hərbi potensiala malik olduqlarını söyləyirlər", deyə İran rəsmisi əlavə edib.
"The Times of Israel” qeyd edir ki, "İran HƏMAS-ın İsrailə qarşı mübarizəsində əsas sponsorudur”.
Nizami Bağırov