Xəbər lenti

İran İsrailə qarşı cavab əməliyyatını nə vaxt və necə həyata keçirəcək? - Generaldan açıqlama
Dünya10:58 06.04.2024

İran İsrailə qarşı cavab əməliyyatını nə vaxt və necə həyata keçirəcək? - Generaldan açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqeri İsrailin bu ölkənin Dəməşqdəki diplomatik missiyasına ölümcül zərbə endirməsinin intiqamının qaçılmaz olduğuna əmin edərək, cavab əməliyyatının necə və nə vaxt həyata keçiriləcəyinə Tehranın özünün qərar verəcəyini qeyd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Tasnim” məlumat yayıb.
General-mayor Məhəmməd Hüseyn Baqeri şənbə günü İsrailin aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə endirdiyi hava zərbəsi nəticəsində həlak olan SEPAH-ın baş komandiri və hərbi müşaviri general-mayor Məhəmməd Rza Zahidinin dəfn mərasimində çıxış edib.
"İsrailin hücumu cavabsız qalmayacaq", deyə intiqam çağırışlarına cavab verən qərargah rəisi bildirib.
General qeyd edib ki, cavab əməliyyatının nə vaxt və necə aparılacağına İran qərar verəcək.
Onun sözlərinə görə, İsrailin terror hücumuna cavab əməliyyatı "dəqiq” həyata keçiriləcək və İsraili öz hərəkətlərinə görə peşman edəcək.
İranın Dəməşqdəki missiyasına endirilən zərbəni "İsrailin intiharı” kimi qiymətləndirən general-mayor Baqeri iranlı hərbi müşavirlərin ölümünün İsrailin məhvini sürətləndirəcəyini deyib.
O, həmçinin xəbərdarlıq edib ki, Dəməşqə hücuma görə əsas məsuliyyət ABŞ-ın üzərinə düşür və Vaşinqton cavab verməlidir.
Nizami Bağırov