Xəbər lenti

İran koronavirusla mübarizədə yardımına görə Azərbaycana təşəkkür etdi
Ölkə11:11 14.03.2020

İran koronavirusla mübarizədə yardımına görə Azərbaycana təşəkkür etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Xarici İşlər Nazirliyi Azərbaycan və digər dövlətlərin koronavirusla mübarizədə bu ölkəyə yardımlarına görə təşəkkür edib. 
APA-nın məlumatına görə, İran XİN sözçüsü Abbas Musəvi öz "Twitter" səhifəsində bildirib ki, İran xalqı və dövləti heç vaxt ağır günlərdəki dostlarını umutmayacaq.
Abbas Musəvi deyib ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin telefon danışıqları, digər ölkələrdəki səfirliklərinin səyi ilə Azərbaycan, Çin, Türkiyə, BƏƏ, Almaniya və Britaniya, eləcə də Qətər və Rusiyadan yardımlar alıb.