
İran bu il sentyabrın sonuna kimi (İran təqvim iiə cari ilin ilk yarımilliyi sentyabrın 22-də başa çatır) "SharifSat" peykini kosmosa buraxa bilər.
Trend-in məlumatına görə, bu barədə "FARS" agentliyi Tehran Texnologiya Universitenin rəhbəri Şərif Rosta Rza Azada istinadən xəbər yayıb.
Rza Azad bildirib ki, hazırda peyk sistemlərini hazırlayırlar.
"SharifSat" peyki kosmosa "Səfir-1" raket daşıyıcısı vasitəsilə 500 km hündürlüyə buraxılacaq. Onun çəkisi 50 kq-dan azdır.
Xatırladaq ki, İranın Kosmik Agentliyinin rəhbəri Həmid Fazəli aprel ayında İranın bu il kosmosa iki peyk buraxacağını bildirmişdi.
Qaynar.info