Xəbər lenti

İran kosmosa peyk daşıyan yeni raket sınağına hazırlaşır (FOTOLAR)
Foto 22:59 15.06.2022

İran kosmosa peyk daşıyan yeni raket sınağına hazırlaşır (FOTOLAR)

"Peyk görüntüləri İranın kosmik raket buraxmağa hazırlaşdığını göstərir".
 
Qaynarinfo bu barədə AP-yə istinadən xəbər verir.

"Assosiated press" agentliyinin çərşənbə günü (15 iyun) verdiyi məlumata görə, Tehranın sürətlə irəliləyən nüvə proqramı ilə bağlı gərginliyin yüksək olaraq qalmasına baxmayaraq,  Semnan əyalətinin raket buraxılış meydançasında hazırlıqları apardıqdan sonra yeni qatı yanacaqlı raket üçün iki sınaq keçirməyi planlaşdırır. 

Dövlət İRNA xəbər agentliyi isə Müdafiə Nazirliyinin sözçüsü Əhməd Hüseyniyə istinadən bildirib ki, İslam Respublikası əvvəlki buraxılışdan sonra özünün peyk daşıyan "Zülcanah" raketini daha iki dəfə orbitə buraxacaq. O, sınaqların vaxtı barədə ətraflı məlumat verməyib və əvvəlki buraxılışın nə vaxt baş verdiyini deməyib.

Qeyd edilir ki, çərşənbə axşamı Maxar Technologies tərəfindən çəkilmiş peyk şəkilləri İranın Semnan əyalətindəki İmam Xomeyni buraxılış meydançasında hazırlıq işlərini göstərir.

M.Arif

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->