İranın iqtisadiyyat və maliyyə naziri Məsud Karbasiyan vəzifəsindən kənarlaşdırılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, məclisdə keçirilən səsvermədə 121 nəfər Karbasiyanın vəzifədə qalmasına, 137 nəfər isə getməsinə səs verib.
Qeyd edək ki, Karbasiyan böhran vəziyyətini idarə edə bilməmək, lazımi tədbirləri almamaq və maliyyə sahəsində yoxlama və şəffaflığı təmin edə bilməməkdə ittiham edilirdi.
Gülşən