Xəbər lenti

İran milli elektron poçt xidmətini istifadəyə verdi
Dünya05:42 09.07.2013

İran milli elektron poçt xidmətini istifadəyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran dövlət televiziyası məlumat verib ki, bazar ertəsindən etibarən ölkə ərazisində tamamilə açıq proqram təminatı üzərində yazılmış milli elektron poçt xidməti istifadəyə verilib.

İnformasiya və rabitə texnologiyaları naziri Məhəmməd Həsənin sözlərinə görə, İran proqramçıları xidmətin proqram təminatını, demək olar ki, özləri yazıblar.

“ICTnews.az” elektron xəbər xidməti bildirir ki, sözügedən xidmət İranın milli poçt xidməti tərəfindən idarə olunacaq. Ölkənin hər bir sakininə unikal elektron poçt ünvanı təqdim ediləcək.

Xatırladaq ki, İranda milli poçt xidmətinin yaradılması üzərində müzakirə artıq bir neçə ildir gedir. Bununla yanaşı, rəsmi Tehran tez-tez Qərbin elektron poçt xidmətlərinə çıxış imkanını bloklayır. Hazırda İranda “Gmail” və “Yahoo Mail” xidmətləri əlçatmazdır. Bundan başqa, İranda şəxsi virtual şəbəkələrin yaradılması qadağandır, çünki onların vasitəsilə anonim məlumatların ötürülməsi mümkündür.

Rəsmi statistikaya əsasən, hazırda İranın əhalisi təxminən 75 milyondur və onların təxminən 50%-i internetdən istifadə edir.

Qaynar.info