Xəbər lenti

İran milli valyutasının adını dəyişdi
Dünya12:11 07.05.2020

İran milli valyutasının adını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran "rial" adlanan öz milli valyutasının adını "tümən” olaraq dəyişdirir.
Qaynarinfo xəbər verir ki. Bu sözləri İran Prezidenti Həsən Ruhani deyib. O, qeyd edib ki, onsuz da heç kim bu pula rial demirdi.
"Rial faktiki olaraq insanların həyatında mövcud deyildi", - Ruhani deyib və vurğulayıb ki, buna görə bankların işində tez-tez qarışıqlıq olurdu, çünki hamı "tümən" deyib, lakin sənədlərdə "rial" kimi qeyd olunub. Adın dəyişmə qərarı hesablamalarda işi asanlaşdırmalıdır, valyutanın adı isə gözəl səslənməlidir.
Qeyd edək ki, indiyə kimi İranda tümən qeyri-rəsmi pul valyutası hesab olunurdu. 1 tümən 10 riyala bərabər idi. Veksel və əskinaslarda həmişə "rial” yazılsa da, gündəlik danışıqda iranlılar ona həmişə "tümən" deyiblər.
Alpər