Xəbər lenti

İran nüvə razılaşmasının icrasına başladı
Dünya10:41 20.01.2014

İran nüvə razılaşmasının icrasına başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran nüvə proqramı ilə bağlı ötən ilin noyabrında Cenevrədə əldə olunan aralıq razılaşmanı bu gündən icra etməyə başlayır

APA-nın məlumatına görə, bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri İran nüvə obyektlərində uranı 20 faizədək zənginləşdirən sentrifuqaların fəaliyyətini dayandıracaqlar.

Qeyd edək ki, noyabrın 24-də Cenevrədə İranla ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, Çin və Almaniya əldə olunan aralıq razılaşmaya əsasən, İran uranın zənginləşdirilməsini 5 faizədək azaltmaq, yeni nüvə obyektlərini və sentrifuqaları inşa etməmək, öz nüvə proqramını daha şəffaf etmək kimi öhdəliklərini üzərinə götürüb.

Qərb ölkələri isə öz növbəsində İran iqtisadiyyatına mənfi təsir göstərən sanksiyaları aradan qaldırmağa söz verib.  

Qaynar.info