İran bu il oktyabrın ortalarında raketlərin ötürülməsi ilə bağlı Rusiya ilə razılaşa bilər.
Qaynarinfo Müharibənin Öyrənilməsi İnstitutunun (ISW)
məlumatına istinadla xəbər https://www.unian.net/war/iran-mozhet-peredat-rossii-giperzvukovye-rakety-v-oktyabre-isw-12407607.html verir ki, bu, BMT Təhlükəsizlik Şurasının bu cür razılaşmaları qadağan edən 2231 saylı qətnaməsi başa çatdıqdan sonra oktyabrın 18-də baş verə bilər.
Ukrayna və İsrail kəşfiyyatının hesabatları göstərir ki, Rusiya İrandan "Fateh-110” və "Zülfüqar” ballistik raketlərini əldə etməyə çalışır. Hər ikisi 300 kilometr və ya daha çox uçuş məsafəsinə malikdir. Avqust ayında Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada hərbi sərgidə İran stendinə baş çəkib və İranın müxtəlif raketlərini, o cümlədən yuxarıda qeyd olunan raketləri yoxlayıb.
Sentyabrın 19-da Şoyqu ikitərəfli müdafiə və hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə etmək üçün Tehrana səfər edib. KVİR Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacı Zadə Şoyquya pilotsuz təyyarələr, raketlər və hava hücumundan müdafiə arsenalını göstərərək öyünüb.
Analitiklərin fikrincə, Şoyqu İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani ilə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin raket məhdudiyyətlərinin başa çatmasını da müzakirə edib. Bu, müqavilənin imzalanmasına hazırlıqdan xəbər verə bilər.
Qeyd edək ki, "Fateh” raketinin əsas modeli 300 km-ə yaxın uçuş məsafəsinə və 500 kq ağırlığında döyüş başlığına malikdir.
2020-ci ildə hazırlanmış Fateh-360 80-100 km uçuş məsafəsinə malikdir və peyk naviqasiyası ilə idarə olunur. Raketin buraxılış sürəti 3704 km/saat təşkil edir ki, bu da 5000 km/saata yüksəlir.
"Zülfüqar” qısa mənzilli ballistik raketdir, 700 km-ə qədər məsafədə hədəfləri vura bilir və döyüş başlığı 590 kiloqramdır.
Alpər