Xəbər lenti

İran parlamentində Azərbaycanla bağlı ŞOK QANUN
Dünya12:44 09.04.2013

İran parlamentində Azərbaycanla bağlı ŞOK QANUN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan ərazilərinin İrana birləşdirilməsini nəzərdə tutan qanun hazırlanır

İran parlamentinin üzvləri Türkmənçay müqaviləsinə yenidən baxılması təklifi ilə çıxış ediblər. İran parlamentinin bir sıra üzvləri Türkmənçay müqaviləsinə yenidən baxılmasını və Azərbaycan ərazilərinin yenidən İrana birləşdirməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyirlər.

APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, Ərdəbildən olan deputat Kəmaləddin Pirmoazzən parlamentin Azərbaycan dilli deputatlarının qanun layihəsini yaxın vaxtlarda hazırlayacaqlarını bildirib: “Rusiya ilə 1828-ci ildə imzalanan müqavilənin müddətinin bitdiyini nəzərə alaraq İranın şimal regionlardan olan deputatların forumu qərara alıb ki, bu sənədə yenidən baxılsın. Biz çalışarıq ki, bütün imkanlardan istifadə edərək, öz hüquqlarımızı bərpa edək”.

Qaynar.info