Xəbər lenti

İran ABŞ üçün 13 “qisas senarisi” hazırladı: "Amerika üçün kabus" (YENİLƏNİB)
Dünya09:29 07.01.2020

İran ABŞ üçün 13 “qisas senarisi” hazırladı: "Amerika üçün kabus" (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran Hərbi Hava Qüvvələrinin İrana zərbəsi nəticəsində iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra Pentaqon "terror təşkilatı" kimi tanınıb.
Qaynarinfo xəbər verir ki, ABŞ-ın bütün hərbi strukturlarına dair müvafiq qanun İran parlamenti tərəfindən yekdilliklə qəbul edilib.
"Tasnim” agentliyinin verdiyi məlumata görə, komandirinin ölümündən sonra "Qüds” xüsusi təyinatlı dəstəsi ölkənin Milli İnkişaf Fondundan 200 milyon avro alacaq.
Bundan əlavə, Tehran Vaşinqtonun hərəkətlərinə cavab vermək üçün "qisas senariləri" adlandırılan 13 senarini nəzərdən keçirir. İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani bu tədbirlərin "Amerika üçün kabus" olacağına söz verib.
Xatıladaq ki Qasım Süleymani ABŞ-ın hazırladığı xüsusi əməliyyat nəticəsində Bağdadda öldürülüb.
10.30
İran Parlamenti ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) terrorçu kimi tanınması ilə bağlı qərara dəyişiklik edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, ABŞ-ın bütün komandirləri və Pentaqon rəsmiləri də terrorçu elan edilib.
Bundan əlavə İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qolunun gücləndirilməsi məqsədilə hökumətin Milli Müdafiə Fondundan 200 milyon avro vəsait ayırmalı olduğu qeyd edilib.
Qeyd edək ki, ABŞ İran İnqilab Keşikçiləri Korpusunu "xarici terror təşkilatı" kimi tanıdıqdan sonra, İran Parlamenti də buna cavab olaraq ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) terrorçu elan etmişdi.
Camal