İran parlamentində yer alan Ümid Qrupunun üzvləri siyasi partiyaların qadın təmsilçilərinin sayının artırılması və bu istiqamətdə qanuni dəyişikliyin edilməsini təklif edib.
Qaynarinfo xəbər verir ki, qadınların siyasi proseslərdə aktivliyinin artırılmasının vacibliyini vurğulayan qrup bu məsələdə dünya təcrübəsindən danışıb:
"İranda qadın və kişi bərabərliyi sahəsində problemlər var. Siyasi partiyalara qadınlar üçün parlamentdə daha çox yer ayırmaq tələbi qoymaq lazımdır. Bəzi ölkələrdə 50% kimi kvotalar müəyyənləşdirilib. İranda reformistlər 2016-cı il seçkilərində Tehranda 30% kvotası müəyyənləşdirmişdi, lakin bu, istənilən kifayət qədər yüksək deyil".
Qeyd edək ki, 290 yerlik İran parlamentində 17 qadın millət vəkili var. Növbəti parlament seçkiləri 2020-ci ilin fevralında keçiriləcək.
Gülşən