
İran inzibati paytaxtını Tehrandan Pərənda köçürür.
Trend-in məlumatına görə, layihəyə əsasən, Pərəndə bir sıra nazirliklər köçürüləcək.
Tehran əyalətinin qubernatoru Murtuza Təməddünün sözlərinə görə, nazirliklərin yerləşdirilməsi üçün artıq 400 akr ərazi ayrılıb. Bundan başqa, əgər həmin nazirliklər əlavə binalar istəsələr, tikdirə bilərlər.
O, həmçinin məlumat verib ki, artıq Pərənddə metro, hava limanı və avtomagistrallar var.
"Nazirliklər Pərəndə mümkün qədər tez köçürüləcək", - Təməddün bildirib.
Pərənd şəhəri Tehrandan 35 km cənub-qərbdə yerləşir.
Qaynar.info