Xəbər lenti

İran polisi aksıyaçılara atəş açdı: etirazlar səngimək bilmir (VİDEO)
Dünya07:21 28.05.2022

İran polisi aksıyaçılara atəş açdı: etirazlar səngimək bilmir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Abadan və Xuzestan şəhərlərində atəş və gözyaşardıcı qazdan istifadə olunub.
Qaynarinfo bu barədə DW-nin fars bülümünə istinadən xəbər verir.
Qurbanların sayının artması və hökumət vektorunun ləöngliyindən qəzəblənmiş insanlar yeni aksıyalara başlayıblar. Abadan, Ahvaz, Mahşahr, Həmidiyyə və Şahinşahr küçələri güclu aksıya və küçə nümayişlərinə şahid olub.
Məlumata görə, etirazların şiddətlə genişlənməsinin qarşısını almaq üçün böyük bir heyəti olan təhlükəsizlik qüvvələri atəş açaraq, gözyaşardıcı qaz püskürdüblər.
Abadan şəhərindəki "Metropol" binasında qurbanlarının sayının 26 nəfərə çatmasından qəzəblənən xalq şəhərin dövlət binaların yandırmağa başlayıb. 
May ayının 27-ci, cümə axşamı yayımlanan sosial media xəbərlərinə görə, Abadan şəhərinin mərkəzində polis əməkdaşlarının sayı etirazçılardan daha çox olub və onlar qəza yerinə gedən bütün yolları bağlayıblar. Şəbəkə istifadəçilərinin məlumatına görə, təhlükəsizlik qüvvələri havaya güllə açmaqla insanları qorxutmağa çalışıblar. Amma izdiham dağılmayıb və "diktatora ölüm, Xamneyiyə ölüm" şüarları səsləndirilib.
M.Arif