Xəbər lenti

İran Prezidenti yəhudiləri təbrik etdi
Dünya05:32 06.09.2013

İran Prezidenti yəhudiləri təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran Prezidenti Həsən Ruhani İranda yaşayan kəlimiləri (yəhudiləri) və dünya yəhudilərini "Roş-Ha-Şana" (yəhudilərin Yeni ili) bayramı münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, bu barədə "Asriran" xəbər saytı İran Prezidenti Administrasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.

İran KİV-lərinin məlumatına görə, hazırda bu ölkədə 10 min nəfərdən çox yəhudi yaşayır. Onlar dini azlıq kimi parlamentdə də təmsil olunurlar.

Hər il 4-5 sentyabr tarixində dünya yəhudiləri Roş-Ha-Şana bayramını qeyd edirlər.

Qaynar.info