Xəbər lenti

İran qaynar qazana çevrilir: Etirazçı təqaüdçülərə biznesmenlər də qoşuldu (VIDEO)
Dünya12:09 12.06.2022

İran qaynar qazana çevrilir: Etirazçı təqaüdçülərə biznesmenlər də qoşuldu (VIDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətəndaşların sosial şəbəkələrdəki xəbərləri göstərir ki, sosial təminat pensiyaçılarından ibarət qruplar (12 iyun) bazar günü İranın bir çox şəhərlərində, o cümlədən Kirmanşah, Əhvaz, İsfahan, Ərak, Sarı, Bəndər Abbas, Məşhəd, Borucerd, Ərdəbil və Tehranda növbəti dəfə etiraz aksiyası keçiriblər. 
Qaynarinfo bu barədə Azad Avropa Radiosunun fars bölməsinə istinadən xəbər verir.
Yayılan videolara görə, etirazçılar "Bacarıqsız hökumətə ölüm” və "Rəisiyə ölüm” şüarları səsləndiriblər.
Etirazçılara qarşı polis tərəfindən sərt davranılıb, o cümlədən Tehranda bir sıra kişi və qadın təqaüdçülərin "Proqram və Büdcə" Təşkilatının qarşısında döyülməsi və bir neçəsinin həbs edilməsi barədə məlumatlar var.
Təqaüdçülərin etirazlarının yeni mərhələsi təxminən bir həftə  bundan əvvəl hökumətin vəd etdiyi kimi pensiyaları 38 faiz əvəzinə cəmi 10 faiz artıracağını elan etməsindən sonra başlayıb və indiyə qədər də davam edir.
Həmçinin bu gün İranda dolların qiymətinin 33 min tümənə yüksəlməsi ilə (bir Azərbaycan manatı ısə 18300 tümənlə dəyişilib) tarixi rekorda çatan davamlı artımının ardınca Tehran və Ərak şəhərlərində vətəndaşlardan gələn xəbərlər göstərir ki, bu iki şəhərdə tacirlər və bazarçılar tərəfindən etiraz aksiyası keçirilib.
"Tvitter”də yayımlanan videolarda bir qrup iş adamı və insanların "bağla, bağla” şüarları səsləndirməklə, biznes və mağaza sahiblərini dükanlarını bağlamaqla, etiraz aksiyasına qoşulmağa çağırıldığı görünür.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının etirazçılara qarşı güc tətbiq etdiyi deyilir, o cümlədən Tehran bazarı ətrafında etirazçıların həbsi barədə məlumatlar var.
Qeyd edilir ki, İran rialı (İranın milli pul vahidi) bu ilin əvvəlindən ABŞ dollarına nisbətdə 25 faiz dəyər itirib, həmçinin İran rialı ABŞ dollarinın qarşısında son 43 ildə 3200 dəfədən çox dəyər itirib.
Mütəxəssislər nüvə danışıqlarında uğuların olmaması, onun iflasa uğraması və hökumətin düzgün iqtisadi siyasətinin yoxluğu səbəbindən İranda dolların daha da bahalaşa biləcəyini istisna etmirlər.
M.Arif