Xəbər lenti

İran Qəzza münaqişəsinə yeni oyunçuların cəlb oluna biləcəyi barədə xəbərdarlıq etdi
Dünya07:08 19.10.2023

İran Qəzza münaqişəsinə yeni oyunçuların cəlb oluna biləcəyi barədə xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Digər ölkələrin İsrailə dəstək verməsi münaqişəyə yeni oyunçuların daxil olmasına səbəb ola bilər. 
Qaynarinfo xəbər verir ki, bunu oktyabrın 19-da İran Silahlı Qüvvələrinin (AF) Baş Qərargah rəisi Məhəmməd Baqiri Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu ilə söhbətində deyib.
"Sionist rejimin cinayətlərinin davam etməsi (yəni İsrailin hərəkətləri. – Red.), onun birbaşa olaraq digər dövlətlərdən dəstək və yardım alması vəziyyəti çətinləşdirir və arenaya yeni oyunçuların daxil olmasına səbəb ola bilər”, - Tasnim agentliyi Baqeriyə istinadən yazıb.
Həmçinin qeyd olunur ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya müdafiə naziri Fələstin-İsrail münaqişəsinin qurbanlarına yardım göstərməkdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Oktyabrın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Fələstin-İsrail münaqişəsinin regional münaqişəyə çevrilməsi riski kifayət qədər yüksəkdir. Eyni zamanda, xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Rusiya baş verən hər şeyi İranın üzərinə yıxmaq cəhdlərini təxribat kimi qiymətləndirir.
Alpər