
"Bu icad sizi gələcəyə aparmayacaq, gələcəyi sizə gətirəcək"
ABŞ və Avropa Birliyinin sanksiyaları ilə üzləşən İran belə vəziyyətdə belə təəccübləndirməyə davam edir.
Qaynar.info-nun məlumatına görə, tehranlı alim "Aryayek zamanda səyahət maşını" adı verdiyi ixtirasını İranın dövlət nəzarətindəki Strateji İxtiralar Mərkəzində qeydiyyata saldırıb.
27 yaşlı alim Əli Razehi bu maşının istifadəçinin toxunuşu ilə əldə edilən məlumatları kağıza köçürərək, gələcəyə dair ehtimallar tapdığını deyib.
Razehi qarmaqarışıq alqoritm sistemi ilə işləyən ixtiranın istifadəçilərin 5-8 il içərisində yaşayacaqlarını 98 faiz doğru tapdığını qeyd edib. "Bu ixtira sizi gələcəyə aparmayacaq, gələcəyi sizə gətirəcək. Başqa bir ölkə ilə müharibəyə başlamaq ehtimallarını ya da neft qiymətlərində, valyutalardakı mübadilə fərqlərini görməyə imkan verə biləcək".
Qaynar.info