Xəbər lenti

İran region ölkələrini növbəti dəfə hədələdi
Dünya14:58 18.01.2020

İran region ölkələrini növbəti dəfə hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Region ölkələrinə səslənirəm. Əgər işğalçıların (ABŞ) bazalarında hərbçiləriniz varsa, onlar da bizim hədəfimiz olacaq".
Qaynarinfo xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusunun Qasim Süleymaninin öldürülməsindən sonra İraqdakı ABŞ bazalarına hücum əməliyyatından məsul olan komandan köməkçisi Abbas Nilfuruşan deyib. O, əməliyyat zamanı raketlərin hədəfi dəqiq vurduğunu və ABŞ ordusunun yüksək texnologiyaya sahib olmasına baxmayaraq, raketlərin 1 metr belə hədəfdən yayınmadığını bildirib.
"Məqsədimiz geniş miqyaslı müharibə başlatmaq deyil. Əgər ABŞ davam etdirsə, biz də xalqımıza yaraşan şəkildə cavab verərik", - deyə o, bildirib.
Camal