Xəbər lenti

İran Rusiyaya təyyarə avadanlığı göndərəcək, təyyarələrini təmir edəcək - Saziş
Dünya05:30 27.07.2022

İran Rusiyaya təyyarə avadanlığı göndərəcək, təyyarələrini təmir edəcək - Saziş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran və Rusiya Federasiyası arasında Rusiyaya təyyarə hissələrinin və avadanlıqlarının ixracı, habelə Rusiya təyyarələrinə texniki xidmət haqqında saziş imzalanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mehr” agentliyi İslam Respublikasının Mülki Aviasiya Administrasiyasının (MİA) nümayəndəsi Mirəkbər Rəzəviyə istinadən məlumat yayıb.
Rəzəvinin izah etdiyi kimi, sənəd təyyarələr üçün İran avadanlığının tədarükü mexanizmini, həmçinin İranın təmir mərkəzləri tərəfindən Rusiya təyyarələrinə təmir və texniki xidmət göstərilməsi və texniki dəstəyi nəzərdə tutur.
Həmçinin anlaşma memorandumu imzalanıb, ona əsasən, ölkələr arasında sərnişin reyslərinin sayı həftədə 35-ə çatdırılacaq.
Alpər