İran sabiq ABŞ əsgəri Mayk Uaytı ölkənin Məşhəd şəhərində həbs edib.
Qaynarinfo xəbər verir ki, İranın XİN nümayəndəsi Bəhram Qasemi həbs barədə məlumatı təsdiqləyib. Bu barədə ilk gündən ABŞ-a rəsmi məlumat verildiyi bildirilir.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin 46 yaşlı veteranı ötən ilin iyulunda qızına baş çəkmək üçün İrana səfər edib. Onun hansı ittihamla həbs edildiyi bilinmir.
Gülşən