Xəbər lenti

İran şahı Atatürklə Azərbaycan dilində danışdı - VİDEO
Dünya12:30 11.07.2014

İran şahı Atatürklə Azərbaycan dilində danışdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Videodan görünür ki, Rza Pəhləvi dilimizdə ləhcəsiz danışır

İran şahı Rza Pəhləvi 1934-cü ildə Ankaraya səfəri zamanı Türkiyə Respublikasının qurucusu Qazi Mustafa Kamal Atatürklə Azərbaycan türkcəsində danışıb. 

ANS PRESS-in məlumatına görə, videodan görünür ki, atası mazandaranlı Abbas Əli xan və anası azərbaycanlı Nuş Afərin Ayrumlu olan Rza Pəhləvi Azərbaycan türkcəsində ləhcəsiz danışır. 

Söhbətdən aydın olur ki, 1921-ci ilə qədər İran kazak briqadasının zabiti olmuş Rza Pəhləvi həmin illərdən Mustafa Kamal Atatürklə tanış olub. “Mən nəhayət çox xoşbəxtəm” deyən Rza Pəhləvi daha sonra bildirir: “Şayət biləsiniz ki, neçə il qabaq sizin nümayəndəyə ərz elədim ki, gələcəm Türkiyəyə”.